Dərc edildi: Baxış sayı: 736
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərin barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə baxılacaq.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət