Slimfit
  1. CƏMİYYƏT

Həbs olunan nazir müavini iki il idi təyin edilmişdi

Həbs olunan nazir müavini iki il idi təyin edilmişdi
Sakura

Həbs olunan nazir müavini iki il idi təyin edilmişdi

Ens.az xəbər verir ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirib. Lent.az -ın əldə etdiyi məlumata görə, əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar arasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov da vca. İctimaiyyətə bu ad o qədər də tanış deyil. Ona görə də Rafiq Bayramovun tərcümeyi-halına nəzər saldıq.

Bayramov Rafiq Yasin oğlu 10 noyabr 1972-ci il ildə anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib. 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil alıb və tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 1995-1997-ci illərdə ordu sıralarında xidmətdə olub.

1998-1999-cu illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001-2003-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006-2014-cü illər ərzində Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib.

2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci ildə imzaladığı sərəncamla mədəniyyət nazirinin müavini təyin olunub.

Ailəlidir, 3 övladı var.

 

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR