Slimfit
  1. CƏMİYYƏT

Həbs edilən tanınmış idmançıların apellyasiya şikayəti təmin edilməyib

Həbs edilən tanınmış idmançıların apellyasiya şikayəti təmin edilməyib
Sakura

Həbs edilən tanınmış idmançıların apellyasiya şikayəti təmin edilməyib

Bir neçə gün əvvəl xuliqanlıqda təqsirləndirilərək həbs edilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barələrində seçilmiş qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində baxılan şikayətlər təmin edilməyib.

Xatırladaq ki, bir neçə gün qabaq idmançılar barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplantıda mübahisə yaranıb, idmançı Həsən Əzizov döyülüb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov həbs edilib.

Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Ötən gün isə iş üzrə zərərçəkən Həsən Əzizov şikayətini geri götürüb və təqsirləndirilən şəxslərdən heç bir tələbinin olmadığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR