Slimfit
  1. ƏDƏBİYYAT

Həbibi - Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim

Həbibi - Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim
Sakura

Həbibi - Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim

Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim,
Bu səngisar olmuş səri ol camla sərxoş edəlim.

Ruh ilə əqli rah ilə layəqəlü məst eyləyüb,
Dəhri-zamanın qüssəsin bir dəm fəramuş edəlim.

Bu əql möhkəm qeyd imiş üşşaqə, gördük, ey rəfiq,
Gəl cəhd edüb, duruşalım, ta anı sərxoş edəlim.

Gəldim qəbiçə geydürüb, rəz qızı bir qucalım,
Adın anın cismi-lətif, ruhi-göhərpuş edəlim.

Çünkim zəminü asiman, gördük, sima eylər müdam,
Gəl biz dəxi meyxanədə şol xum kimi cuş edəlim.

Qoy mədrəsəylə məscidi sufivü şeyxü vaizə,
Piri-muğanın camını deyr içrə biz nuş edəlim.

Ey saqiyi-ruhi-rəvan, bir dolu sun, billah, rəvan,
Ta kim Həbibi dərvişi biəqlü bihuş edəlim.

Şol kim edəcəkdür müdam, gəl edəlüm biz sübhi-şam,
Ey piri püxtə, olma xam, demə ki, uş, uş edəlim.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR