Slimfit
  1. ƏDƏBİYYAT

Həbibi - Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim

Həbibi - Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim
Sakura

Həbibi - Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim

Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim?
Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?

Hərdəm nəzər pak eyləyüb, baxsam cəmali-ayinə,
Günəş yüzü ayinəsi ayına göz doymaz, nedim?

Şol fitneyi-dövri-qəmər, eyni bəladır kim məgər?
Sərxoş olub, qəmlər içər, netdügünü1 duymaz, nedim?

Ol dil siyəh, fəttan firəng, hər ox kimi atar bidirəng,
Doğru rəvanə irişür, ayruq gözə qıymaz, nedim?

Can bülbülü hər sübhü şam əfğanü ah eylər müdam,
Ol qönçələb, gülrux qulam, çün şəminə qoymaz, nedim?

Bir dəmdə min canü cəhan tərk eylər olsam yoluna,
Ol alihimmət dilbərüm minin birə saymaz, nedim?

Yarın qapusunda müdam, xar olduğum budur ki mən,
Doyar kişi hər nəsnəyə, bu cürmünə doymaz, nedim?

Ey nasihi-müşfiq, bizə pəndü nəsihət eyləmə,
Kimsə əzəldə yazılan yazıyu çün yuymaz, nedim?

Şeyxim, o can saqisinün sərxoş gözündən məst olan,
Mərdümləri iki cəhan xalqı dəxi duymaz, nedim?

Sən, ey Həbibi, cami-mey nuş eylə, çaldır, cəngü ney,
Gördüm ki, ol settarü ney qullarına qıymaz, nedim?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR