Slimfit
  1. İDMAN

Həbib Fergüsonla döyüşdən imtina etdi

Həbib Fergüsonla döyüşdən imtina etdi
Sakura

Həbib Fergüsonla döyüşdən imtina etdi

UFC-nin yüngül çəki dərəcəsində çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov Toni Fergüsonla döyüşdən imtina edib.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə o, "İnstagram" səhifəsində yazıb.

Həbib Fergüsonla döyüşdən İMTİNA ETDİ - FOTO

Belə ki, 31 yaşlı Nurməhəmmədov "bütün dünya karantindədir" deyərək qərarının səbəbini izah edib.

 

Qeyd edək ki, UFC-nin rəhbəri Deyna Uaytın sözlərinə əsasən, təşkilatçıların məkanı bir neçə dəfə dəyişdiklərinə baxmayaraq, döyüş mütləq keçiriləcək.

Turniri əvvəlcə Nyu-Yorkda keçirmək planlaşdırılırdı, sonra Las Veqasa köçürüldü, lakin karantin səbəbindən oradan da “köçmək” məcburiyyətində qaldılar.

Hazırda təşkilatçılar döyüşü Florida və ya BƏƏ-də keçirməyi düşünürlər. Fergüsonun mümkün rəqibləri isə Xorxe Masvidal, Castin Getji və Konor Makqreqor hesab olunur.

Həbib Fergüsonla döyüşdən İMTİNA ETDİ - FOTO

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR