Dərc edildi: Baxış sayı: 522
Hazırda Türkiyənin iki variantı var - Siyyarto
Türkiyədə dörd milyondan çox qaçqın var. Onları təmin etmək Türkiyə hökuməti üçün getdikcə daha da çətinləşir.
Axar.az xəbər verir ki, canıyananlıqla deyilən bu sözləri bu gün Macarıstanın Xarici İşlər və Ticarət naziri Piter Siyyarto söyləyib.
Nazir deyib: “Hazırda Türkiyənin iki variantı var: ya miqrantların Suriyaya qaytarılması üçün şərait yaradılmalı, ya da Avropaya qapı açılmalıdır”.
Siyyartonun sözlərinə görə, ikinci halda bir neçə gün ərzində Qərbi Balkan ölkələrinə yüz minlərlə qeyri-leqal miqrant doluşacaq. Nazir bildirib ki, Aİ-yə yollananlar Şengen zonasının ilk fiziki maneəsi kimi Macarıstanın sərhəd divarı ilə üzləşəcəklər. “Buna yol vermək olmaz”, - deyə nazir xəbərdarlıq edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət