Hazırda BP-də 2557 azərbaycanlı işləyir
Cari ilin üçüncü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 557 nəfər olub.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 90 faizini təşkil edir ki, onların da çoxu rəhbər vəzifələrdədir.
2014-cü ildən bəri BP-nin cari ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP çox məmnundur ki, bu öhdəlik artıq yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət