Dərc edildi: Baxış sayı: 560
Havaya 456 şar buraxıb dünya rekordunu təkrarladılar
Fransa “Grand Est Mondial Air Ballons” festivalı çərçivəsində dünya rekordunu təkrarlayıb.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, onlar buna havaya 456 ədəd hava şarı buraxmaqla nail olublar. Metz şəhəri yaxınlığında eyni anda səmaya qalxan hava şarları izləyənləri heyrətə gətirib.
Qeyd edək ki, bundan əvvəlki dünya rekordu da (hava şarlarının eyni anda səmada qalması) Fransaya məxsus idi. Onlar buna 2017-ci ildə nail olmuşdular.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət