Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Havanın çirklənməsi koronavirusdan ölüm faizini artırır

Havanın çirklənməsi koronavirusdan ölüm faizini artırır
Sakura

Britaniya parlamentariləri mübarizə üçün təcili tədbirlər görməyə çağırırlar

Çirklənmiş havanın təsiri koronavirusa-dan ölümün riskini əhəmiyyətli dərəcədə artıra bilər. Böyük Britaniya Milli Statistika Xidmətinin mütəxəssisləri, pandemiya zamanı qeydə alınmış 46 min ölüm hadisəsini təhlil edərək bu qənaətə gəliblər.

Onların sözlərinə görə, hər kubmetr havada bir mikroqramdan ibarət bərk hissəciklərin saxlamasının artımı ölüm hallarının 6 faiz çoxalmasına səbəb olur. Onların nəticəsi digər ölkələrdə (məsələn, ABŞ-da və ya Hollandiyada) aparılan araşdırmalarla təsdiqlənir və niyə kiçik şəhərlərə nisbətən böyük meqapolislərdə  daha çox ölüm halının baş verməsini (faizlə)  izah edir.

Briyaniya alimlərinin bu araşdırmasında, atmosferdəki azot dioksidinin artan miqdarının da ölüm hallarının artmasına səbəb olduğu qeyd olunur. Britaniya şəhərlərində NO2 səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qoyulmuş normalardan  üstün olduğu üçün bu, Böyük Britaniya üçün vacib qeyddir.

Hesabatda deyilir ki, hər iki amil ölümlərin çoxunun şəhərlərin ən çirklənmiş ərazilərində yaşayan etnik azlıqlar arasında qeydə alınmasına səbəb olub.

Mütəxəssislər bu məsələni öyrənməyə davam etmək niyyətindədirlər, bütün digər ölüm amillərini istisna etmək üçün bütün mərhum xəstələrin fərdi xüsusiyyətlərini də nəzərə almalıdırlar.

Bu arada, Leyboristlər Partiyasından olan Britaniya parlamentariləri artıq hazırlanmış hesabatı nəzarətə götürdülər. Onlar hökuməti, mümkün ikinci koronavirus dalğasının təsirini azaltmaq üçün şəhər havasının çirkliliyi ilə mübarizə üçün təcili tədbirlər görməyə çağırırlar.

Mənbə: rg.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR