Dərc edildi: Baxış sayı: 312
Havanı çirkləndirən sexin sahibi cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.
Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət