Slimfit
  1. AZƏRBAYCAN

Havanı çirkləndirən kərpic zavodu cərimələnib

Havanı çirkləndirən kərpic zavodu cərimələnib
Sakura

Havanı çirkləndirən kərpic zavodu cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı- Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayəti araşdırıb.

Bu barədə Oxu.Az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən Kərpic İstehsalı Zavodunun ətraf ərazilərində araşdırma və monitorinq aparılıb.

Zavodun ətraf ərazisinin atmosfer havasından nümunələr götürülüb. Analizlərin nəticələrinə görə, qaz birləşmələrindən toluol 1.4, etil-benzol 4.8, meta-ksilol 1.3, his 3, tozun miqdarının isə 4.2 dəfə sanitar normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı zavodun iş icraçısı Rizvan Müslümov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR