Slimfit
  1. TƏBİƏT

Havada olan tozun miqdarı sanitar norma daxilindədir

Havada olan tozun miqdarı sanitar norma daxilindədir
Sakura

Havada olan tozun miqdarı sanitar norma daxilindədir

Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarı artıq sanitar norma daxilindədir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva məlumat verib.

O, həmçinin deyib: “Avqustun 31-də atmosfer havasında tozun maksimum qatılığı normadan iki dəfə çox olub. Hazırda aparılan monitorinqlərin nəticələrinə görə tozun miqdarı sanitar normaya yaxındır”.

Xatırladaq ki, tozun miqdarının normadan yuxarı olmasına səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır. Belə hava şəraiti sentyabrın 1-dək davam edib.

Qeyd edək ki, havada olan tozun miqdarının ən yüksək göstəricisi avqustun 30-da qeydə alınıb. Belə ki, həmin gün tozun miqdarı normanı 6 dəfə ötüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR