Slimfit
  1. AZƏRBAYCAN

Havada müşahidə olunan tozun miqdarı gecə nisbətən azalıb

Havada müşahidə olunan tozun miqdarı gecə nisbətən azalıb
Sakura

Havada müşahidə olunan tozun miqdarı gecə nisbətən azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu göstərici yenə də sanitar normadan iki dəfə yüksəkdir.

Qeyd edək ki, avqustun 30-da saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR