Slimfit
  1. COĞRAFİYA

Hava və iqlim

Hava və iqlim
Sakura

Hava və iqlim

Müəyyən vaxta troposferin aşağı qatlarının fiziki vəziyyətinə hava deyilir. Havanın elementləri- temperatur, rütubət və təzyiq; hava hadisələri isə - külək, yağıntı, şimşək və s.-dir. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Müəyyən ərazi üçün xas olan və ildən ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir. Iqlim yaradan amillər aşağıdakılardır:
1. Coğrafi_enlik. Bildiyimiz kimi Günəş ekvator və tropiklərdə böyük bucaq altında düşdüyündən, buranın havası isti, qütb ərazilərində isə Günəş şüaları çox kiçik bucaq altında düşdüyündən buranın havası çox soyuq olur; 
2. Hava kütlələrinin hərəkəti (və ya atmosfer sirkulyasiyası). Dünyada mövcud olan yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru hava kütlələri daima hərəkət edir ki, bu da həmin ərazilərin havasının dəyişməsinə səbəb olur;
3. Səth örtüyü - Yəni ərazinin sudan və ya qurudan ibarət olması. Okeanlardan uzaqlaşdıqca, ərazidə sutkalıq temperatur amplitudu artır, yağıntı azalır və iqlim kontinentallaşır.
Əsas iqlim göstəriciləri temperatur, yağıntı və hakim küləklərdir. Iqlimin 2 yarımtipi var:
1. Dəniz- okeanlar üzərində formalaşdığından qış, yumşaq, yay mülayim, bol yağıntı, temperatur amplitudu kiçik olur. 
2. Kontinental - materiklər üzərində formalaşdığından yay isti, qış sərt soyuq, yağıntı az, temperatur amplitudu böyük olur. Rus iqlimşünası Alisov Yer səthinin Günəş tərəfindən qeyri-bərabər qızması faktına əsaslanaraq dünyanı 13 iqlim qurşağına ayırıb. Bunların 7-si əsas, 6-sı isə keçid iqlim qurşaqlarıdır. Əsas iqlim qurşaqlarında ilboyu yalnız bir hava kütləsi hakim olur. Keçid iqlim qurşaqları əsas iqlim qurşaqları arasında yerləşirlər və onların öz hava kütlələri olmur. Keçid iqlim qurşaqlarında yayda özündən cənubdakı, qışda isə özündən şimaldakı əsas iqlim qurşağında mövcud olan hava kütləsi hakim olur. Iqlim qurşaqları bir-birindən öz temperatur şəraiti, atmosfer təzyiqi və hava kütlələri ilə fərqlənirlər.

I. Əsas iqlim qurşaqları (ekvatorial, tropik, mülayim. arktik, antarktik). 
1. Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Ilboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 - +28°C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır.
2. Tropik (2 dənə) . Ilboyu tropik hava kütlələri hakimdir. Burada təzyq yüksək, hava enən hərəkətli olduğundan buludsuzluq, az yağıntı, yüksək temperatur şəraiti mövcuddur. Sutkalıq temperatur amplitudu böyükdür, isti və quru küləklər (passatlar) əsir. Tropiklərdə yalnız materiklərin şərq sahillərində yağıntıların miqdarı bir qədər artır. Buna səbəb isti cərəyanlar, musson və passat küləklərinin təsiridir. Şimal yarımkürəsində mussonların təsiri ilə Cənubi və Cənubi-Şərqi Asiyada tropik iqlim qurşağı tam zolaq yarada bilmir. Tropik iqlim qurşağı 2 tipə ayrılır: 
1. Rütubətli (dəniz); 
2. Səhra (kontinental).
4-5. Mülayim (2 dənə) 400-lik enliklərdən qütb dairəsinə qədər uzanır. Mülayim hava kütlələri və Qərb küləkləri hakimdir. Alçaq təzyiq, hava qalxan hərəkətlidir. Fəsillər aydın seçilir. Illik temperatur amplitudu böyükdür. Ən böyük sutkalıq temperatur amplitudu yazda və payızda aydın, buludsuz havada müşahidə olunur. Mülayim enliklərdə materiklərin qərb sahillərində isti cərəyanların və qərb küləklərinin təsiri nəticəsində yağıntıların miqdarı artır. Geniş ərazidə yayıldığından ( xüsusilə Avrasiyada ) 4 tipə ayrılır:
a) dəniz-qış yumşaq, yay sərin, ilboyu rütubətli;
b) mülayim-kontinental- qış rütubətli soyuq, yay quru sərin (Urala qədər);
c) kəskin kontinental-- yayı isti, qışı sərt soyuq, illik temperatur amplitudu yüksək, yağıntı (əsasən yay aylarında düşür) az (Sibir, Tibet dağlıq yaylası);
d) musson -yay rütubətli mülayim, qış quru mülayim (Şərqi Asiya).
6-7. Arktik (Antarktik) - Arktik hava kütlələri hakimdir. Günəşin düşmə bucağı və temperatur amplitudası kiçikdir. Hava enən hərəkətli, təzyiq yüksək, ilboyu quru, soyuq, az yağıntılıdır. Fəsillər bilinmir.

(subekvatorial, subtropik, subarktik və subantarktik). 
8-9. Subekvatorial (2 dənə). 2 fəsil var. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava isti və rütubətli, qışda tropik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Çayları yayda bol sulu olur (yağıntı bol olduğundan). Bitki və heyvanlar aləmi zəngindir.
10-11. Subtropik ( dənə). Yayda tropik hava kütlələri hakim olduğundan hava isti və quru, qışda mülayim hava kütlələri hakim olduğundan hava rütubətli və sərin olur. Fəsillər aydın seçilir. Temperatur amplitudu yüksəkdir. Avrasiya materikində bir-birindən fərqlənən 4 tipə ayrılır:
a) Aralıq dənizi iqlim tipi - materikin qərbini əhatə edir. Yay isti quru, qış mülayim və rütubətli keçir. Azərbaycanda bu iqlim tipi daxilindədir:
b) Kontinental- materikin mərkəzi hissəsini əhatə edir. Yay quru və isti, qış quru və soyuq olur. Temperatur amplitudu böyükdür:
c) Musson - materikin şərqini əhatə edir. Yay rütubətli və sərin, qış quru və sərin olur.
d) Cənub yarımkürəsində musson iqliminin əvəzində ilboyu bərabər rütubətli iqlim tipi geniş yayılıb.
12-13, Subarktik və subantarktik. Yayda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və rütubətli, qışda arktik hava kütlələri hakim olduğundan hava quru və soyuq olur. Bu qursaqda bataqlıqların yaranmasının başlıca səbəbləri - buxarlanmanın az, ifrat rütubətlənmə və daimi donuşluğun mövcud olmasıdır.
Fəsillər arktik və ekvatorial qurşaqda bilinmir, mülayim və subtropik qurşaqlarda isə aydın seçilir. Subekvatorial, subarktik və tropik iqlim qurşaqlarında isə ilboyu yalnız 2 fəsil - yay və qış müşahidə olunur. Insanın yaşayıb, fəaliyyət göstərməsi üçün mülayim, subtropik və subekvatorial iqlim qurşaqları daha əlverişlidir. Dünya əhalisi subtropik və şimal mülayim qurşaqlarında daha sıx məskunlaşıb.

 

Mənbə: Kayzen.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR