Hava şəraiti haranı işıqsız qoydu? - Açıqlama
Kəskin hava şəraitinə baxmayaraq, bütün ölkə boyu elektrik enerjisi təchizatı tam təmin edilib. Hazırda Bakıda və regionlarda istehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yoxdur.
Bu sözləri Axar.az-a Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. ASC sözçüsü qeyd edib ki, artıq bütün qabaqlayıcı tədbirlər görülüb:
“Havanın küləkli və yağışlı olması səbəbindən yalnız Abşeron yarımadasının bəzi ərazilərində baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq bir neçə dəqiqəlik elektrik enerjisi təchizatı dayandırılıb. Hazırda bu tədbirlər Ceyranbatan və Bağlar massivində həyata keçirilir. Belə təchizatın dayandırılması isə 30 dəqiqədən çox çəkmir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət