Harvard alimləri hansı qadınların cavan qaldığını açıqladı
Ayrılıq və boşanma insan həyatında ən çətin mərhələdən biri ola bilər, lakin məlum olub ki, ərindən boşanan qadınlar evli həmcinslərindən daha gənc görünür.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Harvard alimlərinin apardığı araşdırma nəticəsində ortaya çıxıb. Harvard tibb məktəbinin apardığı tədqiqatda iddia edilir ki, boşanan qadınlar xeyli cavan görünür.
Tədqiqatda deyilir ki, boşanan insanlar ailəsi və dostları ilə daha çox sosiallaşmağa başlayır. Qadınların həmçinin ümumi sağlamlıq göstəriciləri daha yaxşı olub. Onlar bunu həyat səviyyəsinin və qidalanmanın yaxşılaşması ilə izah edib. Axı boşandıqdan sonra qadınlar özünə daha çox vaxt ayırır, daha baxımlı olmağa çalışır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət