Slimfit
  1. AVTO VƏ MOTO

"HARLEY - DAVIDSON" MOTOSİKLETİNİN YARANMASI (I hissə)

"HARLEY - DAVIDSON" MOTOSİKLETİNİN YARANMASI (I hissə)
Sakura

"HARLEY - DAVIDSON" MOTOSİKLETİNİN YARANMASI (I hissə)

1901-ci ilin əvvəllərində Uilyam Silvestr Harley (William Sylvester Harley), 22 yaşında 115 kub/sm kiçik mühərrik üçün layihə hazırlayıb. Növbəti iki ildə Harley və onun uşaqlıq dostu Artur Devidson (Arthur Davidson) onların dostu Henri Melkin evindəki qarajdan istifadə edərək, velosiped üzərindəki motora əmək sərf etdilər. İşlər 1903-cü ilədək Arturun qardaşının köməyi ilə başa çatdırılmışdır. İş başa çatdıqdan sonra cavanlar başa düşdü ki, onların əsəri Miloukidəki hətta kiçik təpələri pedalın köməyi olmadan fəth etmək iqtidarında deyil. Bu səbəbdən Harley və Devidson ilk mühərrikli velosipedini uğursuz təcrübə olaraq saxlamaq qərarına gəldilər.

Bunun ardınca işlər yeni, daha müasir motosikletin üzərində dərhal başladı. Bu mühərrikinin həcmi 405 kub/sm malik olan, çəkisi 13 kq-dan bira az olan ilk "əsl" Harley-Davidson motosikleti idi. Yeni çəkilən çərçivə 1903 Milwaukee Merkel (Cozef Merkel tərəfindən qurulub , Flying Merkel yaradıb) motosikletinin çərçivəsi ilə oxşar idi. Boruşəkilli çərçivə və iri həcmli mühərrik artıq Harley-Devidsonun yeni modelini motorlu velosiped deyil, müasir anlayışda yeni motosiklet etdi. Yeni mühərrikin hazırlanmasında mühəndis, Amerika motortikintisinin pionerlərdən biri olan Ole Evinrud kömək etmişdir.

Yeni motosikletin prototipi 3 x 5 metr ölçüdə olan anbarda yaradılıb, hansı ki, Devidsonlar ailəsinin həyətində yerləşirdi. Amma əsas qovşaqlarının əksəriyyəti başqa yerlərdə, əsasən, böyük qardaşlardan biri olan Uilyam A.Devidsonunun çalışdığı, Qərbi Miloukidəki dəmir yolu deposu emalatxanasında hazırlanıb. Prototip 1904-cü ildə sentyabrın 8-də başa çatır və həmin gün State Fair Park motosiklet yarışılarında iştirak edir. Yarışçı Eduard Hildebrand idi, o, yarışı dördüncü yerdə bitirdi. Bu yarış Harley-Devidson motosikletinin ilk sənədli peydası oldu.

1905-ci ilin yanvarında Automobile & Cycle Trade Journal jurnalında Harley-Davidsonun mühərriklərinin azad satışda olmasını xəbər verən ilk kiçik reklam peyda oldu. Apreldə motosikletlər artıq bütünlüklə, amma çox məhdud miqdarda satılırdı. Həmin il Harley-Devidsonun dileri, Çikaqo şəhərindən olan Karl Lend anbarda yığılmış üç motosiklet satmışdı.

Sonradan bu əfsanəvi anbar artıq Avenyu Cunonun mərkəzində olan fabrikə qoyulmuşdur, harada ki, o çox onilliklər sadə motosiklet şirkətinin yaranması xatirəsi kimi dayanmışdır. Təəssüf ki, anbar 1970-ci illərin əvvəllərində fabrikin həyətini təmizləmək üçün işə götürülən podratçılar tərəfindən, təsadüfən məhv edildi.

1906-cı ildə Harley və Devidson özlərinin ilk fabriki olan Chestnut Street (sonradan küçənin Cuno prospekti olub). Bu gün həmin ünvanda şirkətin mənzil-qərargahı yerləşir. Avenyu Cunodakı ilk zavod 12x18 metr ölçüdə taxta bina idi. Birinci il bu "fabrikdə" artıq 50 motosiklet  yığılmışdır.

1907-ci ildə Uilyam Harli, Viskonsin ştatında, Medison universitetində mühəndis-texnik ixtisası üzrə ali təhsil alıb. Həmin ildə fabrik ikinci mərtəbəsini düzəltdi ki, bu da istehsalı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan vermişdir. 1907-ci ildə 150 motosiklet buraxılmışdır. Həmçinin, şirkət bazarın mühüm hissəsini tuta bilmişdir, çünki həmin il müqavilə bağlamağa nail oldular, hansı ki, yerli polis Harleyi almağa başladı.

1905 və 1906-cı illərdə istehsal olunmuş bütün motosikletlər bir silindrli 440 kub/sm mühərrikli idilər. 1907-ci ilin fevral ayında Çikaqodakı avtomobil sərgisində ilk dəfə olaraq V-Twin mühərrikli motosiklet nümayiş etdirilmişdir. русск ilk dəfə nümayiş olunub. Bu motosikletlər təxminən iki dəfə ilk bir silindrlilərdən güclü idi. Maksimal sürəti 97 km/s yaxın təşkil edib. 1908 və 1909 illər arasında motosiklet satışı 450 ədəddən 1149-dək artdı.

1911-ci ildə V-Twin mühərrikinin təkmilləşdirilmiş modeli buraxıldı. Yeni mühərrikin giriş klapanının mexaniki idarəetməsi var idi, daha əvvəlki modellərdən fərqli olaraq giriş klapanı silindrdə yaranan boşluğun(vakum) hesabına açılırdı. Yeni mühərrikin həcmi 810 kub/sm-dək azaldıldı, ancaq daha mükəmməl bir qaz paylama sistemi sayəsində bu tutum demək olar ki, iki dəfə artmışdır 1913-cü ildən sonra buraxılmış motosikletlərin əksəriyyəti, bu yeni mühərriklə təchiz edilirdilər.

1910-cu ildə inşa olunmuş fabrikin kərpic binası, 1913-cü ildə söküldü və onun yerində yeni beşmərtəbəli dəmir-beton və qırmızı kərpicdən olan bina tikildi. 1914-cü ildə Harley-Devidson əsas rəqibi Indian şirkətini keçərək ABŞ-da aparıcı motosiklet istehsalçısı olub. 1914-cü ildə maşın satışı 16 284 həddə çatıb.

1916-cı ildə "Harley-Devidson" motosikletinin silahlı qüvvələrə ilk dəfə olaraq istifadəyə verildi. Meksikalı Panço Vilya üsyançısının yaraqlıları Amerikanın Meksika ilə sərhəd olan şəhərlərinə basqın etmək üçün "Harley-Devidson" motosikletlərindən istifadə edirdilər. Onlara "İndian" motosikletlərində, general Perşinqin qoşunları müqavimət göstərirdilər.

Tərcümə etdi: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR