Slimfit
  1. DİN

Haram işlər barədə düşünəndə insana günah yazılırmı?

Haram işlər barədə düşünəndə insana günah yazılırmı?
Sakura

Haram işlər barədə düşünəndə insana günah yazılırmı?

Dinimizdə günah əməllər barədə cəza sistemi günahların həyata keçirilməsindən sonra qüvvəyə minir. Allah-Taala xeyir əməllər etməyə imkanı olmayan, amma bunu səmimi qəlbdən niyyət edən şəxsə xeyir əməli həyata keçirmiş adam kimi savab verər. Amma günah əməl niyyətdən keçirilsə də, həyata keçməyincə, ona nə dünyada, nə də axirətdə cəza düşməz.

Bununla belə, günah düşüncələr insan mənəviyyatına dağıdıcı təsir göstərir. İnan öz ruhunu bu cür düşüncələrlə kirlətdikdə günahlar qarşısında müqaviməti azalır. Ardıcıl olaraq günah barədə düşünən şəxs öz mənəviyyatındakı fitri iman nurunu söndürmüş olur. Bu, insanda xasiyyətə çevrilir və sonda həmin düşüncələrin həyata keçməsi ilə nəticələnir. Hədislərdə buyurulur ki, günah düçüncələr qəlbdə üfunət yaradar və mələklər bu qəlbə ilham etməz, həmin adamdan uzaq düşərlər.

 

Mənbə : İslam.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR