Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hantavirusun xüsusiyyətləri hansılardır?

Hantavirusun xüsusiyyətləri hansılardır?
Sakura

Mütəxəssis Çində olan yeni - hantavirusun xüsusiyyətləri barədə danışıb

Çində avtobusda ölən bir kişiyə qoyulan Hantavirus diaqnozu kütləvi yayılmalara səbəb olmur və insandan insana ötürülmür, onun daşıyıcıları isə gəmiricilərdir. En.az saytı bildirir ki, bunu biologiya elmləri namizədi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin Virusologiya kafedrasının laboratoriya müdiri Nikolay Nikitin deyib.

Çin mətbuatı bir neçə gün öncə hantavirusdan bir nəfərin öldüyünü yazmışdı. Onun iş yerinə gedərkən avtobusda vəfat etdiyi, onunla birlikdə hərəkət edən sərnişinlərin isə həkimlər tərəfindən müayinə edildiyi qeyd olunmuşdu.

"Xeyr, bu koronavirus kimi heç vaxt geniş yoluxmaya səbəb olmur. Bunun səbəbi isə çox sadədir - insandan insana ötürülmür.. Buna görə panikaya ehtiyac yoxdur, yəqin ki, bu cür narahatlıq koronavirus infeksiyasının geniş təzahür etməsi ilə əlaqəlidir. Ancaq bu, tamam başqa xarakterli virusdur, sakit ola bilərsiniz " Nikitin deyib.

Bununla belə, ekspert hantavirusun ölüm nisbətinin koronaviruslara nisbətən daha yüksək olduğunu qeyd edib.

Nikitin əlavə edib ki, hantavirus, koronavirus kimi, RNT tərkiblidir, bunun səbəb olduğu xəstəliyin gedişi həmişə kəskindir. Onun sözlərinə görə, xəstəlik kiçik gəmiricilərdən keçir "buna görə də burada ssenari, koronavirus kimi, ümumiyyətlə mümkün deyil, çünki effektiv bir profilaktik tədbir - yoluxmuş gəmiricilərlə təmasın məhdudlaşdırılması ehtimalı var.

 

Mənbə: ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR