Hansı sahəyə nə qədər ayrılır: İqtisadçıdan qəpik-qəpik araşdırma
İqtisadçı ekspert Qubad İbadoğlu 2019-cu ilin büdcəsinin xərcləri ilə bağlı maraqlı araşdırma aparıb.
Axar.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, 2019-cu ilin büdcəsinin hər 100 manatından 6 qəpiyi ekologiyaya, 50 qəpiyi elmə, 70 qəpiyi güzəştli mənzil təminatı və sosial ipotekayaya ayrılacaq.
Q.İbadoğlu bildirib ki, bu xərcləri ödəmək üçün istifadə ediləcək hər 100 manatın 59 manat 30 qəpiyini neftdən gələn gəlirlər təşkil edəcək:
“Hər 100 manatdan 1 manat 40 qəpiyi mədəniyyət və incəsənətə, 4 manat 20 qəpiyi səhiyyəyə, 5 manat 72 qəpiyi idarəetməyə, 6 manat 41 qəpiyi məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına, 9 manat 20 qəpiyi təhsilə, 9 manat 40 qəpiyi dövlət borclarına xidmətə, 10 manat 30 qəpiyi sosial müdafiə və təminata, 12 manat 56 qəpiyi müdafiəyə, 39 manat 90 qəpiyi isə tikintiyə xərclənəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət