Slimfit
  1. CƏMİYYƏT

Hansı sahələrə yardım ayrılacaq? - Kurslar, hotel, taksi...

Hansı sahələrə yardım ayrılacaq? - Kurslar, hotel, taksi...
Sakura

Hansı sahələrə yardım ayrılacaq? - Kurslar, hotel, taksi...

İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov 20 fəaliyyət növü üzrə pandemiyanın təsir dairəsindən zərər çəkmiş sektorlar barədə danışıb. 

Qafqazinfo”nun məlumatına görə, E. Camalov REAL TV-yə bildirib ki, bura sənaye sektoru üzrə istehsal da aiddir: “İstehsal dedikdə ərzaq, dərman vasitələri, tütün və spirtli içkilərin istehsalı istisna edilir. Çünki pandemiyanın təsir dairəsində onlara təlabat elə də aşağı düşmür. Digər istiqamət ticarət və ictimai iaşə sektorudur. Bura tur operatorlarımız, mehmanxana və otel tipli yerləşdirilmə vasitələrimiz, hazırlıq kursları, uşaq hazırlıq mərkəzləri, ticarət və topdansatış obyektləri (ərzaq və dərman vasitələri istisna olunmaqla) eyni zamanda sərnişindaşıma və taksi fəaliyyəti də daxildir. 

Dövlətin çağırışlarına cavab verən sahibkarlar bundan yararlana biləcək. İşçilərin sayında ixtisar olubsa, bu, imtinaya səbəb ola bilər. Həmçinin, riskli vergi ödəyiciləri ilə əməliyyatlar müəyyən olunarsa bu hallarda sistemdən imtina cavabı gələcək. Aprelin 8-dən sistem təminatı işə düşüb. Artıq müraciət edən hüquqi və fiziki şəxslərimiz var. Daxil edildiyi gün məlumatlar yoxlanılır. Təsdiqini tapdığı halda Maliyyə Nazirliyində tranzit hesab vasitəsilə sahibkarın göstərdiyi aktiv bank hesabına qısa müddət ərzində köçürülür”.

E. Camalov muzdlu işçilərin əməkhaqqının ödənilməsini meyarına da toxunub:

“Müəyyən olundu ki, ölkədə orta aylıq əməkhaqqı 712 manat olub. Burada yuxarı hədd 712 manatdır. 712 manatdan aşağı olan əməkhaqqılar üzrə əməkhaqqı real əməkhaqqı səviyyəsində müəyyən olunacaq. Yəni işçinin 500 manat əməkhaqqısı varsa, ona 500 manat əməkhaqqı veriləcək. Bu əməkhaqqı da iki hissədə aprel və may ayları üçün veriləcək. Yəni 250+250 şəklində. Əməkhaqqının 50 faizini dövlət dəstəkləmiş olacaq. Digəri isə sahibkarlıq subyektinin öz üzərində qalmış olacaq. 712 manatdan yuxarı əməkhaqqı alanlara isə dövlət yenə 712 manat verəcək”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR