Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hansı qidanı uşağa hansı yaşda verməli? - Valideynlərin düz bilib etdiyi 3 ən böyük səhv

Hansı qidanı uşağa hansı yaşda verməli? - Valideynlərin düz bilib etdiyi 3 ən böyük səhv
Sakura

Hansı qidanı uşağa hansı yaşda verməli? - Valideynlərin düz bilib etdiyi 3 ən böyük səhv

Ailədə körpənin dünyaya gəlməsi ilə bütün düzən, o cümlədən də qida rasionu dəyişir. Ancaq unutmaq olmaz ki, uşağın həzm edə bilməyəcəyi bir çox qidalar var. 1 yaşına qədər uşaqların mədə-bağırsaq sistemi hələ tam formalaşmadığından yalnız ana südünü həzm etmək iqtidarında olur. Böyüklərdən fərqli olaraq uşaqların bağırsaqlarında xeyirli bakteriyalar inkişaf etmir. Bu isə bir sıra qadaların uşaq orqanizminə zərər verə biləcəyindən xəbər verir.
 
Medicina.az hər gün mətbəxdə işlətdiyimiz bəzi qadaların uşaqlara hansı yaşlardan verilməli olduğunu təqdim edir:  
 
1. Bal – böyüklərdən fərqli olaraq, uşaqların həzm sistemində botulizm bakteriyalarına nəzarət edən, onların çoxalmasına və zəhər yaymasına mane olan faydalı bakteriyalar hələ inkişaf etmir. Balın tərkibində botulizm yaradan bakteriyalar mövcud olduğu üçün, uşaq orqanizmi bu bakteriyanın öhdəsindən gələ bilmir. Buna görə də, 2 yaşınadək  uşaqlara bal vermək qətiyyən olmaz. 
 
Bal həmçinin güclü allergendir. Buna görə də onu uşağın rasionuna ehtiyatla əlavə etmək tələb olunur.  Onu bir neçə damcı suya və kompota əlavə edərək uşağa içirtmək olar.  
 
2. Çay – uşağa yalnız su və süd içirtmək ananın işini bir az çətinləşdirir. Uşağın yaşı artdıqca onun qida menyusuna meyvə şirələri və bitki çayları əlavə etmək lazımdır. Ancaq burda bir məsələ var. ÜST-ün göstərişinə görə, 6 ayınadək körpəyə ana südündən əlavə heç nə vermək məsləhət deyil. Ancaq uşaq ana südü deyil, əlavə qida alırsa o zaman xüsusi çaylar vermək olar. Bunlara çobanyastığı, çüyüd, nanə, melissa çaylarını misal çəkmək olar. Bu çaylar sakitləşdirici, mədə-bağırsağın işini normallaşdıran xüsusiyyətlərə malikdirlər. 
 
Qara çayı isə uşağa yalnız 3 yaşdan sonra vermək məsləhətdir. Çayı uşağa gündə 1 dəfə yalnız səhərlər vermək daha məqsədəuyğundur. Çünki onun tərkibində olan kofein uşaqda əsəbilik və yuxusuzluğa səbəb ola bilər. 
 
3. Sarımsaq – çox xeyirli, amma ağır qidadır. Tərkibində bir çox fitonsid maddələrin (bakteriya öldürücü) olmasına baxmayaraq bağırsağın mikroflorasına zərər vermir.   Amma  körpənin həzm traktı onu qəbul etmək iqtidarında deyil. Ona görə də südəmər uşaqlara verilməsə yaxşı olar. Yalnız 8-9 ayından sonra uşağın rasionuna daxil edilə bilər. Amma çiy halda yox, şorbaların və pürelərin tərkibində bişmiş şəkildə. Gün ərzində yalnız 1 diş sarımsaqdan istifadə etmək olar.  Çiy halda isə yalnız 3-4 yaşından gün ərzində 1 diş olmaqla verilə bilər.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR