Slimfit
  1. DÜNYA

Hansı ölkələr vətəndaşlığı pulla satır

Hansı ölkələr vətəndaşlığı pulla satır
Sakura

Hansı ölkələr vətəndaşlığı pulla satır

Bir çox ölkələrdə vətəndaşlıq almaq üçün orada daşınmaz əmlaka sahib olmaq kifayətdir. Sadəcə, məbləğlərdə fərq var.

Bizimyol.info xəbər verir ki, orta hesabla 300 min dollarla dünyanın bir çox ölkəsində vətəndaşlıq almaq mümkündür.

Ən ucuz variantı Vanuatu təklif edir. Maraqlıdır ki, söhbət birbaşa ödənişdən gedir. 80 min dollar verirsiniz və pasport sizindir. Daşınmaz əmlaka da ehtiyac yoxdur.

Antiqua və Barbudada da şərtlər təxminən eynidir. Ya 100 min dollar ödəyirsiniz, ya da 400 min dollar investisiya qoyulmalıdır.

İnvestisiya baxımından ən uyğun şərti Dominika təklif edir. 200 min dollarlıq yatırım bu ölkənin vətəndaşı olmaq üçün yetərlidir. Alternativ variant da var. Dominika dövlət büdcəsinə 100 min dollar köçürmək.

Sent-Lyusiyada da 100 min dollarla iş həll olunur. Azı 300 min dollar da daşınmaz əmlaka xərclənməlidir.

Qrenadada daşınmaz əmlak üçün 350 min dollar həddi müəyyənləşdirilib.

Avropada yalnız Malta və Kipr vətəndaşlıq almaq imkanı yaradır. Maltada təxminən 1,2 milyon avro xərcləmək lazım gəlir. Kiprdə isə 2 milyon dollarlıq investisiyadan söhbət gedir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR