Slimfit
  1. MARAQLI

Hansı ölkədə banan neçəyə satılır?

Hansı ölkədə banan neçəyə satılır?
Sakura

Hansı ölkədə banan neçəyə satılır?

Region ölkələri arasında banan ən yüksək qiymətə satıldığı ölkə Türkmənistan hesab olunur. Yeniavaz.com məşhur "traveltables.com" saytında yer alan məlumatlara istinadən bildirir ki, Türkmənistanda 1 kiloqram bananın orta qiyməti 1,92 dollara bərabər olub. Bu qiymət dünya üzrə orta qiymətdən 22% bahadır. Belə ki, hazırda dünya üzrə bananın orta qiyməti 1.57 dollara bərabərdir.

Region ölkələri arasında Türkmənistandan sonra banan ən baha qiymətə Türkiyədə satılır. Qardaş ölkədə bananın 1 kiloqramı 1,72 dollar təşkil edir. Türkiyədə bananın qiyməti dünya üzrə orta qiymətdən 10% bahadır.

Türkiyədən sonra ən baha banan Azərbaycanda satılır. Azərbaycanda bananın 1 kiloqramının orta qiyməti 1,65 dollara (2,8 manat) bərabərdir və bu qiymət dünya üzrə orta qiymətdən 5% yüksəkdir.

Ermənistanda da bananın qiyməti dünya üzrə qeydə alınan orta qiymətdən 3% yüksək olub. Bu ölkədə bananın 1 kiloqramı 1,62 dollara bərabərdir.

Digər region ölkələrində isə bananı qiyməti dünya üzrə orta qiymətdən, yəni 1,57 dollardan uvuz olub. Belə ki, Gürcüstanda bananın 1 kilorqamı 1,38 dollar (dünya üzrə orta qiymətdən 12% aşağı), Qazaxıstanda 1,35 dollar (14% aşağı), İranda 1,23 dollar (22% aşağı), Belarusda 1,13 dollar (28% aşağı), Rusiyada 1,07 dollar (32% aşağı), Ukraynada isə 1,02 dollara (35% aşağı) bərabər olub.

Məlumat üçün qeyd edək ki, hazırda dünyada bananın ən ucuz satıldığı ölkələrin siyahısına Misir (0,64 dollar) və Hindistan (0,7 dollar) başçılıq edir. Bananın ən baha satıldığı ölkələrin siyahısında isə ilk sıranı Cənubi Koreya (3,98 dollar) və İsveçra (2,93 dollar) tutur.

Onu da bildirək ki, 2016-cı ilin sonları və 2017-ci ilin əvvəllərində bananın daxili bazardakı qiyməti 2-2,2 manata qədər ucuzlaşsa da, ötən ilin ikinci yarısından etibarən gömrük dəyərinin ucuzlaşmasına baxmayaraq yenidən bahalanaraq 2,8-3 manata yüksəlib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana xarici ölkələrdən qurudulmuş və təzə halda 25 min 694,9 ton banan gətirilib. Əvvəlik illə müqayisədə banan idxalı 19,4% və ya 4 min 179,5 ton artıb. Ötən il idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 0,75 dollar (1 manat 27 qəpik) təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR