Slimfit
  1. TEXNOLOGİYA

Hansı Nokia smartfonları Android Pie versiyasına yenilənəcək?

Hansı Nokia smartfonları Android Pie versiyasına yenilənəcək?
Sakura

Hansı Nokia smartfonları Android Pie versiyasına yenilənəcək?

Ens.az xəbər verir ki, Pixel və Essential smartfonları ən yeni Android 9.0 Pie əməliyyat sistemini artıq əldə etməyə başlayıblar, digər istehsalçılar isə böyük miqyaslı yenilənməyə hələ indi hazırlaşırlar. HMD Global şirkəti yaxın gələcəkdə yeni versiyanı əldə edəcək Nokia cihazlarının siyahısını dərc edib. Bəzi istifadəçilər üçün o xoş sürpriz ola bilər.

Android 9.0 Pie versiyasını əldə edənlərin siyahısına bu modellər daxildir: Nokia 1, Nokia 2, Nokia 2.1, Nokia 3, Nokia 3.1, Nokia 5, Nokia 5.1, Nokia 6, Nokia 6.1, 6.1 Plus, Nokia 7 и 7 Plus, Nokia 8, Nokia 8 Sirocco, Nokia X6 и Nokia X5. Beləliklə, Google şirkətinin yeni mobil ƏS versiyasını bütün aktual modellər əldə edəcəklər. Həmçinin Android One proqramına daxil olan büdcə smartfonları da əldə edəcək.

Daha əvvəl ilkin test proqramında iştirak etmiş Nokia 7 Plus Android 9.0 versiyasına ilk olaraq yenilənəcək. Sonra yeni versiyanı Nokia 8 və 8 Sirocco əldə edəcək. Şirkət nümayəndələri qeyd ediblər ki, yenilənmə mərhələli şəkildə gələcək. Onların sözlərinə görə bu yeni ƏS-ə keyfiyyətli və təbii keçidi təmin edəcək. Hər hansı bir cihazın yenilənmə vaxtı barədə HMD Global məlumat verməyib.

Qeyd edək ki, Android 9.0 Pie relizi 2018-ci ilin 6 avqust tarixində olub. Google-dan ən yeni ƏS jestlərlə idarəetmək, yeni fərdiləşdirmə və enerji istifadəsinin optimallaşdırma funksiyalarını əldə edib.

Mənbə: www.gizmochina.com (4pda.ru)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR