Slimfit
  1. CƏMİYYƏT

Hansı məhsulların idxalı gömrük rüsumundan azaddır? – ARAŞDIRMA

Hansı məhsulların idxalı gömrük rüsumundan azaddır? – ARAŞDIRMA
Sakura

Hansı məhsulların idxalı gömrük rüsumundan azaddır? – ARAŞDIRMA

Bir sıra məhsulları xaricdən ölkəmizə gətirərkən gömrük rüsumu ödəmək tələb olunmur. Son olaraq, cari ilin aprelin 18-də Azərbaycanın baş naziri Əli Əsədov tərəfindən imzalanan Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarına əsasən, Azərbaycana idxal olunan 270 adda müxtəlif mal və məhsul növləri 2030-cu ilin dekabrın 31-nə qədər gömrük rüsümundan azad edilib.

Bizim.Media araşdırmasına görə, ilk növbədə kənd təsərrüfatı və bağçılıq üçün suvarma və digər daşınan qurğular, texnika və avadanlıqları, kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, qazon və ya idman meydançaları üçün katoklar, yumurta, meyvə və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar gömrük rüsumundan azad edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedici sənədi əsasında bəzi elmi cihazlar və avadanlıqlar da idxal gömrük rüsumundan azad olunub.

Rüsumdan azad olunan mal və məhsullar arasında safqanlı cins iri və xırdabuynuzlu heyvanlar, çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları, əkin üçün soya paxlalı bitkilər, ləcə də günəbaxan, şəkər çuğunduru, qırmızı üçyarpaq yonca və yem çuğunduru toxumları, gübrələr, kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boy artımına qarşı və boyartımını tənzimləyən vasitələr, ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri, sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün lazım olan avadanlıqlar və digərləri daxildir.

Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında bərpa olunan enerji sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatları, eyni zamanda velosiped istehsalı məqsədi ilə ölkəyə idxal olunan ehtiyyat hissələri, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi, həmçinin işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən mallar gömrük rüsumundan azad olunan mal və məhsullar sırasında yer alır.

Bu siyahıya balıq unu, şəkər əlavələri və siroplar, həmçinin bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib.

Qeyd edək ki, daha əvvəl idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15 %, 67 mal üzrə isə 5 % təşkil edirdi.

Gömrük rüsumundan azad edilən mal və məhsulların tam siyahısı ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR