Slimfit
  1. CƏMİYYƏT

Hansı məhsullar koronavirusa yoluxdurur?

Hansı məhsullar koronavirusa yoluxdurur?
Sakura

Hansı məhsullar koronavirusa yoluxdurur?

Son günlərin əsas bəlası sayılan koronavirusun İranda yayılması səbəbindən bu ölkədən bəzi məhsulların idxalı dayandırılıb.

Bəs, ölkəmizə İrandan hansı məhsullar idxal edilir və onlardan hansı koronavirus daşıyıcısı sayıla bilər?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən iqtisadçı Kənan Aslanlı İrandan ölkəmizə qida məhsullarının da tədarük edildiyini bildirib:

“İrandan ölkəmizə ən çox idxal edilən qida məhsulları kartof, badımcan, xurma, portağal, qurudulmuş üzüm, qənnadı məmulatları, şirin, quru peçenyelərdir. Digər məhsullar içərisində isə müxtəlif növ abidə və ya tikinti daşları, keramikadan sanitar-texniki məmulatlar, şüşə və şüşə məmulatları, şvellerlər, profillər və borular, qızdırıcı peçlər və məişət cihazları, məftillər, sistern və çənlər, ayaqqabılar, polietilen, polipropilen, plastik məişət əşyaları və ev ləvazimatları önə çıxmaqdadır. Yəni İrandan gələn mallar arasında həm tikinti məhsulları, həm də müxtəlif növ məişət əşyaları üstünlük təşkil edir”.

K.Aslanlı İrandan idxal edilən mallara qadağa qoyulmasının ölkədəki qiymətlərə müəyyən qədər təsir etdiyini bildirib:

“İranla sərhəd bağlansa və idxal dayandırılarsa, bəzi kənd təsərrüfatı məhsulları, tikinti məhsulları və məişət əşyaları bazarında malların qiymətinə müəyyən qədər təsir edə bilər. Bu təsirin miqyası İrandakı virusla bağlı vəziyyətin nə qədər uzanacağına bağlıdır. İranla həmsərhəd ərazinin əhalisi üzərində bu təsir daha ciddi hiss oluna bilər. Çünki həmsərhəd rayonların əhalisi gündəlik bəzi tələbat mallarını həm şəxsi istifadə, həm də satış məqsədilə İrandan gətirirlər”.

Qida və qeyri-qidalardan koronavirusa yoluxma ehtimalı barədə danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə bildirib ki, əşyalardan insanlara koronavirus keçmə ehtimalı yoxdur:

“Koronavirus meyvə-tərəvəz istisna olmaqla, qidadan və sudan keçə bilər. Buna görə də İrandan gətirilən qidaları qəbul edərkən ehtiyatlı olmaq lazımdır. Qidaları yaxşı termiki işləmədən keçirdikdən sonra istifadə etmək məqsədə uyğundur. Bu virus ət və ət məhsullarından, süd məhsullarından keçə bilər. Lakin süd məhsulları da emal edildikdən sonra qəbul edilərsə, mənfi təsiri olmaz. Viruslar adətən ərzaq məhsullarında çoxala bilmir. Çünki onların çoxalması üçün lazımi şərait yoxdur. Əgər məhsullar yüksək soyuq temperatur rejimində saxlanılarsa, viruslar bir müddət qala bilərlər. Onların insanda xəstəlik törətməsi üçün müəyyən sayda virusun orqanizmə daxil olması tələb olunur. Əgər heyvan virusa yoluxubsa, onun ətində bu virus qalır. Biz onu termiki işləmədən keçirmədən qəbul etsək, virusa yoluxa bilərik. Məhsulun saxlama dərəcəsi 37 dərəcədirsə, virus 15 dəqiqə müddətində məhv olur. Aşağı temperaturda bir neçə gün qala bilər. Uzun müddət yol gələn ərzaqlarda isə viruslar tələf olur”.

C.İsayev sərhəd-keçid məntəqələrində koronavirusa görə avtomobillərin dezinfeksiya olunmasına da aydınlıq gətirib:

“İrandan gələn avtomobillərin dezinfeksiya olunmasına səbəb maşınla birlikdə virusun da ölkəyə daxil olma ehtimalının olmasıdır. Əgər insan maşına toxunub, əlini ağzına vurarsa, virusa yoluxa bilər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR