Dərc edildi: Baxış sayı: 876
Hansı maşını almaq sərfəlidir?
“Varlı insanlar 5 ildən bir maşını dəyişirlər”.
Bu sözləri Lent.az -a açıqlamasında maşın ustası Bəxtiyar Məmmədov deyib. O bildirib ki, əksər vaxtlarda maşın alanda 5 il zəmanət verirlər:
“Belə ki, maşınları 4-5 il sürdükdən sonra nasazlıqlar yaranmağa başlayır. Çoxları elə buna görə də maşını satırlar, çünki onlar tez-tez usta yanına getmək istəmirlər.Düzəldilməsinə qaldıqda isə ən ucuz və yüngül maşınlar Sovet maşınları olur. Ən bahalı olanlar isə "Porsche", “Range Rover”dir”.
B.Məmmədov əlavə edib ki, Sovet maşınlarının köhnə modelləri daha keyfiyyətli olur:
“Bu maşınlarda il artdıqca, mexanizm dəyişmir, ancaq ki, dəmirin keyfiyyəti zəif olur. Ona görə də bu maşınların əvvəlki variantlarını almaq məsləhət görülür. Xarici maşınlarda isə hər şey fərqlidir, il artdıqca, yeni modellər çıxdıqca rahatlıq və keyfiyyət də artır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət