Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hansı içkilər diş eroziyasına yol açır?

Hansı içkilər diş eroziyasına yol açır?
Sakura

Hansı içkilər diş eroziyasına yol açır?

“Kifayət qədər əsaslı dəlillər var ki, soda və yaxud istənilən karbonlaşdırılmış və şəkərlə zəngin içkilər dişlərə mütəmadi olaraq zərər verir”.

Ens.az e-tibb.az-a istinadən xəbər verir ki, bunu həkim-ortodont Sadiq Qasımov açıqlayıb.

Mütəxəssis bildirib ki, belə içkilər dişlər üçün ekstremal dərəcədə zərərlidir: “İnsanlar arasında belə bir fərziyyə də dolaşır ki, breket metaldan olduğu üçün soda və digər qida məhsulları onlara təsir etmir. Təbii ki, bu, bir mifdir. Sizin breket taxıb-taxmamağınızdan asılı olmayaraq karbonlaşdırılmış şəkərlə zəngin içkilər sizin dişlərinizə birbaşa təsir edir və bu, təsir mənfi təsirdir. Bu tip içkilərin ümumi neqativ təsiri ondan ibarətdir ki, onlar ağır diş eroziyasına yol açır”.

Ortodont bildirib ki, diş eroziyası zamanı diş səthi mütəmadi şəkildə müəyyən zamanda ovulmağa başlayır. Prosesin ən təhlükəli tərəfi isə sonradan özünü ağız problemləri və xəstəlikləri şəklində büruzə verməsidir.

S.Qasımov soda və karbonlaşdırılmış, şəkərlə zəngin içkilərdən mümkün qədər uzaq durmağı tövsiyə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR