Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hansı halda qarpızdan zəhərlənmə ölümlə nəticələnir?

Hansı halda qarpızdan zəhərlənmə ölümlə nəticələnir?
Sakura

Hansı halda qarpızdan zəhərlənmə ölümlə nəticələnir?

Qarpızdan zəhərlənmə daha çox gübrəli qarpız yedikdə baş verə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla Biləsuvar rayonunda 27 yaşlı qadının qarpızdan zəhərlənərək dünyasını dəyişməsi ilə bağlı danışarkən deyib. O, zəhərlənmənin qidanın tərkibindəki toksinlərin miqdarından asılı olaraq ölümlə nəticələnə biləcəyini söyləyib:

“Adətən gübrəli qarpızların içərisində ağ zolaqlar çox olduğu üçün zəhərlənmə riski yüksəkdir. Bundan əlavə, kəsilmiş qarpız açıq havada qaldıqda da zəhərlənmə riski artır. İnsanlar qarpız yeyərkən bütün bunlara diqqət yetirməlidirlər.

Hər hansı bir qida orqanizmə yüksək konsentrasiyada daxil olduqda və ya gübrəli qidalar bol miqdarda qəbul edildikdə orqanizm buna tab gətirə bilmir.

Zəhərlənmə toksinlərin miqdarından asılıdır. Qida toksini infeksiyalarında hətta ani ölüm də ola bilər. Məsələn, botulizm və digər toksiki qida infeksiyaları baş verə bilər. Zəhərlənmədə bakteriyaların sayı və onların toksin miqdarından çox şey asılıdır”.

Ekspertin sözlərinə görə, qarpızdan zəhərlənmə zamanı insanlarda bir sıra əlamətlər müşahidə olunur:

“Zəhərlənmə baş verdikdə insan orqanizmində dərhal temperatur qalxır, təzyiq aşağı düşür, ürəkbulanma, bağırsağın pozulması, qusma və s. hallar baş verir. Belə olan halda dərhal həkimə müraciət etmək lazımdır”.

Qeyd edək ki, Biləsuvar rayonunun İsmətli kəndində 1992-ci il təvəllüdlü Cəmilə Əlizadə səhhəti pisləşdiyi üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qadın qarpızdan zəhərlənib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR