Slimfit
  1. MƏDƏNİYYƏT

Hansı davranışın uyğun, hansının uyğun olmadığı barədə qərarı kim qəbul edir?

Hansı davranışın uyğun, hansının uyğun olmadığı barədə qərarı kim qəbul edir?
Sakura

Hansı davranışın uyğun, hansının uyğun olmadığı barədə qərarı kim qəbul edir?

Başqalarının davranışlarını tənqid edənlərə rast gəlmək çətin deyil. İctimai nəqliyyatdan tutmuş teatr və restoranlara qədər bir çox ictimai yerlərdə bir sıra qaydalar davranışlarımızı müəyyən edir. Bunlara "ümumi səbəb", ya da ki, "sağlam düşüncə" deyilir.

Məsələn, metroda makiyaj edən və ya yüksək səslə musiqiyə qulaq asan biri narahatlıq yaradır. Bəs hansı davranışın uyğun, hansı davranışın uyğun olmadığı barədə qərarı kim qəbul edir? Ortaya belə bir sual çıxır: Başqaları bizim "qaydalarımıza" tabe olmaq məcburiyyətindədirmi?

Yersiz davranış

Ən sadəsi, cəmiyyətdə bir insanın sadəcə özünü deyil, digərlərini də düşünməsi kimi bəzi normalar vardır. Bu fikri başa düşmək üçün 1530-cu illərə qədər geri qayıtmaq lazımdır. Hollandiyalı filosof Desiderius Erasmus "Uşaqlar üçün ədəbi rəftar" kitabında yeməklərə əllə toxunmaq və ora-bura tüpürmək kimi davranışlara son qoyulmasına çağırış edib.

Teatra yemək gətirmək, telefondan və ya planşetdən istifadə, başqasıyla söhbət etmək kimi davranışlar gedərək daha da tənqid olunur. Bəziləri telefonu tamamilə söndürməyi söyləyərkən, bəziləri səsini almağın kifayət etdiyini düşünürlər

Əslində davranışların məlum bir siyasətlə nizamlanması, ictimai sahəni daha təmiz, daha etibarlı və daha yaxşı etmək məqsədi də daşıyırdı. Bundan başqa bu davranış qaydaları çox vaxt əksəriyyətin fikirlərinə əsaslanır və enerjidən istifadə üçün bir vasitəçi vəzifəsini yerinə yetirir.

Məsələn, ictimai yerdə bir insanın ayaq dırnağını kəsməsi açıq-aşkar yersiz qəbul edilərkən, ictimai yerdə makiyaj etməyin ayıb sayılması mübahisə yaradır.

Tamaşaçı olmağın qaydaları

Teatr davranış qaydalarının ən diqqətdə olduğu sosial mühitlərdən biridir. Tamaşaçılardan ümumiyyətlə bir-birinə çox yaxın və sakit şəkildə oturması, səhnədə başverənlərə diqqətli olmaları tələb olunur. Lakin bir neçə yüz il əvvəl bu vəziyyət çox fərqli idi.

Tamaşaçılar yüksək səslə və qəfildən səhnədəki çıxışlara qarşılıq verə bilərdilər. XIX əsrdə elit təbəqənin hakimiyyəti əlinə almasıyla bərabər tamaşalardan əvvəl tamaşaçılara davranış qaydaları ilə bağlı xəbərdarlıqlar sadalanmağa, afişalar asılmağa başlandı. Bənzər bir dəyişiklik son illərdə də baş verib.

Teatra yemək gətirmək, telefondan və ya planşetdən istifadə, başqasıyla söhbət etmək kimi davranışlar gedərək daha da tənqid olunur. Bəziləri telefonu tamamilə söndürməyi söyləyərkən, bəziləri səsini almağın kifayət etdiyini düşünürlər.

Orlando Bloom-un bir tamaşa zamanı tamaşaçılardan planşetlərini bağlamalarıni istədiyi irəli sürülüb

Ən vacib mübahisə mövzusu da tamaşaçının həvəs səviyyəsinin sərhədləri barədədir. Məsələn, ötən il Londonda səhnəyə qoyulan "Motown" adlı musiqili tamaşa zamanı tamaşaçılara səhnədəkilər əksini söyləmədiyi təqdirdə mahnılara yoldaşlıq etməmələri, teatr zalında olarkən "həyəcanlarını cilovlamaları" söylənmişdi.

Sosial normalarla ayaqlaşmamaq

Araşdırmam zamanı iştirakçılara nəyin düzgün, nəyin səhv olduğuna necə qərar verdiklərini soruşan zaman çox tez-tez "Aydın deyilmi?" cavabını aldım.

Bundan başqa bu qaydalar məlum bir hissənin ehtiyaclarını nəzərə almaya bilər.

Məsələn, teatr zalında hər kəsdən tamaşadan əvvəl ayaqyoluna getməkləri gözlənir. Amma kron xəstəliyi (bağırsağın müxtəlif nayihələrində iltihabla müşahidə olunan xəstəlik ) olan bir adamın mütəmadi ayaqyoluna getməsi böyük bir ehtiyacdır. Teatr aktyoru Jess Thom-un da vurğuladığı kimi fiziki və səsli hallara səbəb olan Turet sindromuna yaxalanan bir insan üçün tamaşa boyunca tamamilə səssiz qalmaq mümkün deyil.

Bu, tamaşaçıların daha rahat olduğu yeni bir teatr axınına da ilham verdi: tamaşaçılar danışa bilir, yeyib-içir, ehtiyac olan zaman hərəkət edirlər.

Bəs bəzi şeylər qəbul edilmirsə, insanlardan bu sosial normalara riayət etmələrini gözləməyimiz doğrudurmu? Bu sualın cavabını almaq üçün teatr zallarından kənara çıxmalıyıq.

Məsələn, ABŞ-da məzuniyyət tədbirləri zamanı yüksək səslə qışqıran və alqışlayan ailələr hadisənin ənənəvi ciddiliyini pozmaqda tənqid olunurlar.

Qaydaları qoymaq haqqı kimə aiddir?

Xariciləri davranışlarına görə tənqid etmək gündəlik həyatda başqa nəticələrə də gətirib çıxarır. İctimai yerdə körpəsini əmizdirməklə bağlı mübahisələr bunlardan biridir.

Şotlandiyada aparılan bir araşdırma qadınların başqalarının baxışları və davranışları səbəbiylə körpələrini əmizdirərkən narahat olduqlarına işarə edib.

Bu da ictimai yerdə körpəsini əmizdirənlərin nisbətini azaldır. Başqalarına təhlükə yaratmamaq üçün bəzi sosial qaydalara riayət etməyin bir zərurət olduğu aydındır. Lakin nəyin "qəbul olunması" barədə qərar vermək haqqı kimə aiddir?

Səyahət edərkən, bir yerdə yemək yeyərkən, ya da ki incəsənət tədbirlərində iştirak edərkən narahat edilmək istəməyənlərmi qoymalıdır qaydaları, yoxsa bar-bar bağıran uşaqları olan valideynlərmi, əlilliyi olan şəxslərmi və ya başqa ictimai dəyərlərə sahib olanlarmı?

Bəlkə də ən yaxşı davranış insanları ittiham edərkən çox da tələsməməkdir.

 

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR