Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?

Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?
Sakura

Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?

Amerikalı mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, səhər çimmək beyin üçün faydalıdır.

Çoxumuz səhər oyandıqdan sonra, ya da gecə yatmazdan əvvəl duş qəbul edirik. Aparılan yeni araşdırma göstərib ki, duş qəbul etdiyimiz saatlar beyinə təsir edir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə stressli işdə çalışanlar üçün ideal duş vaxtı səhərdir. Belə insanların səhərlər duş qəbul etməsi yaradıcılığı artırır. Alimlər yuxusuzluqdan əziyyət çəkənlərə isə axşam çimməyi məsləhət görüb.

Harvard Universitetində psixologiyadan dərs deyən Şelley Karson bildirib ki, araşdırma nəticələri işlərindən dolayı stressə düşən və ya yaradıcılıq baxımdan üzərilərində təzyiq hiss edən şəxslər üçün əhəmiyyətli olacaq:

“Duş rahatlatıcı təsirə malikdir, eyni zamanda səhərlər yuyunmaq beyin hüceyrələrinə müsbət istiqamətdə təsir edir. Bu da yaradıcılığa təkan verir. Sinirlər sakitləşir, yenilənir və canlanır. Yeni fikirlər və həll yolları öz-özünə yaranır. Digər tərəfdən axşam duş qəbul etmək bədən temperaturunu nizama salır və daha rahat yuxuya getməyi təmin edir. Hamamdan çıxdıqda bədəndə meydana gələn sərinlik təbii yuxu hərəkətvericisidir. Bu şəkildə bədəninizi yuxu vaxtının gəldiyinə inandıra bilərsiniz”.

Psixoloqun sözlərinə görə, hamam saatı qədər suyun temperaturu da mühümdür. O, etiraf edib ki, isti duş insana özünü yaxşı hiss etdirsə də, sağlamlıq baxımdan ilıq duş çox daha faydalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR