Slimfit
  1. AVTO VƏ MOTO

Hansı avtomobil pərdələrinə icazə var? - Araşdırma

Hansı avtomobil pərdələrinə icazə var?  - Araşdırma
Sakura

Hansı avtomobil pərdələrinə icazə var? - Araşdırma

Bir neçə ildir ki, öz aktuallığını qoruyan məsələlər var, onlardan biri də avtomobil pərdələrinə icazə verilib-verilməməsidir.

 TED.az hər il müzakirəyə çıxarılan bu məsələnin 2020-ci ildə də, səs-küyü ilə həyatımıza “rəng” qatacağını düşünərək minik avtomobillərinin şüşələrinin tündləşdirilməsi və pərdə vurulması haqqında araşdırmasını sizə təqdim edir.

 Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

 Bu qanunun tələblərinə əsasən, işıq keçirmə qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

 Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin “AZS 122-2004” saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

 Küləyə qarşı şüşələr üçün – 75 %

Küləyə qarşı olmayan digər şüşələr üçün – 70%

 Avtomobillərin arxa şüşəsinin işıqkeçirmə qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

 Nəzərinizə çatdıraq ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddini aşan örtüklərin (pərdə və plyonkaların) şüşələrə çəkilməsi qadağandır.

 Qeyd edək ki, Respublikanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR