Slimfit
  1. AZƏRBAYCAN

Hansı ali məktəblər birləşdirilə bilər?

Hansı ali məktəblər birləşdirilə bilər?
Sakura

Hansı ali məktəblər birləşdirilə bilər?

Dövlət aparatı nə qədər az elementlərdən təşkil edilsə, idaretmə də bir o qədər effektiv olur.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Şahlar Əsgərov son dövrlər müxtəlif sahələrdə aparılan struktur islahatları barədə danışarkən deyib. O, bütün sahələrdə olduğu kimi, təhsildə də islahatların vacib olduğunu bildirib:

“Burada bir çox dövlət qurumlarının ləğv edilməsi, bəzilərinin isə özünü maliyyələşdirməsindən söhbət gedir. Bizim təhsil sistemində mürəkkəbləşmə var. Məsələn, ali məktəblər normal təhsil verə bilir. Burada üçüncü bir qurumu - Dövlət İmtahan Mərkəzinin təhsillə bağlı şöbəsini yaratmağa lüzum yoxdur.

İkinci bir məsələ də odur ki, bəzi ali məktəblər parçalanıb. Bunların birləşməsinə ehtiyac var. Məsələn, Politexnik Universiteti parçalandıqdan sonra Azərbaycan Texniki Universiteti və Memarlıq İnşaat Universitetlərinə bölünüb. Belə nümunələr çoxdur.

Ümumiyyətlə, texniki və humanitar fakültələri bir ad altında birləşdirmək lazımdır. Çünki birləşmə idarəetməni asanlaşdıracaq. Bu həm də büdcə vəsaitinin səmərəli xərclənməsinə gətirib çıxaracaq.

Universitetlərdə çoxlu kafedralar süni şəkildə parçalanıb.

Bundan əlavə, filologiya, jurnalistika kimi bir sıra fakültələr də bir ad altında birləşdirilə bilər. Prezidentin bu fərmanından sonra universitetlərdə struktur dəyişiklikləri aparılmalı, dövlət büdcəsinin səmərəli istifadəsi təşkil edilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR