Slimfit
  1. CƏMİYYƏT

Hande Harmancı: "Tibbi maskalardan 95 faiz halda yanlış istifadə edilir"

Hande Harmancı: "Tibbi maskalardan 95 faiz halda yanlış istifadə edilir"
Sakura

Hande Harmancı: "Tibbi maskalardan 95 faiz halda yanlış istifadə edilir"

“Tibbi maskalardan 95 faiz halda yanlış istifadə edilir. Bu isə daha da risklidir”. 

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ÜST epidemiya başlayandan qoruyucu vasitələrdən o cümlədən maska və əlcəkdən istifadə ilə bağlı tövsiyələr hazırlamışdı: “İlk tövsiyə bu idi ki, maskaları xəstə insanlar taxmalıdır. Sağlam insanın maska taxması onu virusdan qorumur. Hazırda vəziyyət dəyişkəndir. Virusun simptomsuz keçməsi də olur, ona görə də bəzi ölkələrdə insanların maska və əlcəkdən istifadə etməsi tövsiyə olunur. Amma maska və əlcək taxılan zaman onun çıxarılması, atılmasına da xüsusi diqqət yetirilməlidir. Əlcək əhali arasında çox zaman daha təhlükəli olur. Çünki əlcək taxan insanlar düşünürlər ki, artıq qorunublar, əl yumurlar. Əlləri tez-tez yumaq əlcəkdən daha yaxşı qoruyur. Tibbi maskalardan 95 faiz halda yanlış istifadə edilir. Maskanın səhv çıxarılması virusa tutulmağa səbəb olur”. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR