Slimfit
  1. CƏMİYYƏT

Hande Harmancı: “Azərbaycanda vaksin problemi yoxdur”

Hande Harmancı: “Azərbaycanda vaksin problemi yoxdur”
Sakura

Hande Harmancı: “Azərbaycanda vaksin problemi yoxdur”

“Hazırda Azərbaycan COVAX-ın üzvüdür və ödəniş edərək COVAX vasitəsilə aldığı vaksinlər ölkəyə gətirilir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, xeyli vaksin gətirilib və bundan sonra da gəlməyə davam edəcək:

“Bununla yanaşı, Azərbaycan digər ölkələrlə ikitərəfli müqavilələr əsasında ölkəyə vaksin gətirib. Hazırda Azərbaycanda vaksin problemi yoxdur”.

H.Harmancı bildirib ki, bu gün aparılan sınaqda vaksinlərin hər birinin iki dozada maksimum effekt verdiyi təsdiq edilib:

“İnsanlar, ölkələr yeni qərar alarkən bu nüansları nəzərdə tutaraq addım atacaqlar. Əsas odur ki, gigiyena qaydalara riayət edilsin, insanların çox olduğu ictimai yerlərdə tibbi maskalardan təyinatı üzrə istifadə edilsin”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR