Slimfit
  1. MARAQLI

Hamını maraqlandıran sual: Körpələr dünyanı necə qəbul edirlər?

Hamını maraqlandıran sual: Körpələr dünyanı necə qəbul edirlər?
Sakura

Körpələrin beyninin necə işlədiyini araşdıran laboratoriyada əldə edilən məlumatlar autizm və buna oxşar…

Körpələrin beyninin necə işlədiyini araşdıran laboratoriyada əldə edilən məlumatlar autizm və buna oxşar nevroloji problemlərə erkən diaqnoz qoymaq və müdaxilə etmək imkanı verə bilər.

Londonun Birkbeck Universitetində körpələr üzərində apardığı araşdırmalarıyla tanınan bir laboratoriyadayıq.

Hər tərəfi naqillərlə dolu papaq körpələrin başına qoyulur, onların zehni inkişafıyla bağlı məlumatlar toplanır. Tədqiqatçılar bu papağa tətbiq edilən xüsusi texnika (infraqırmızı spektroskopiya) ilə hər hansı üzə və ya obyektə baxarkən körpələrin beyin hüceyrələrində nə baş verdiyini başa düşməyə çalışırlar. Burada xüsusilə hüceyrədə enerji qaynağı olan mitokondriyadakı bir fermentə baxılır.

Körpələr dünyanı necə qəbul edirlər? Alimlər qədimdən bu yana bu suala cavab axtarıblar. Məsələn, Darwin öz uşaqlarını müşahidə edərək qeydlər aparmış, təkamül nəzəriyyəsinin inkişafında onlardan faydalanmışdı.

Lakin körpələr nə fikirləşdiklərini ifadə edə bilmədikləri üçün bir çox səhv fikirlər də meydana çıxmışdı. Məsələn, XIX və XX əsrdə körpələrin ağrı hiss etmədiyini belə iddia edən tədqiqatçılar vardı.

Beyin hüceyrələri araşdırılır

Halbuki müasir araşdırmalar körpələrin ağıllı, həssas və diqqətli olduğunu göstərir. Doğuşdan etibarən ilk bir neçə il ərzində beyində saniyədə bir milyondan artıq sinir əlaqəsi yaranır.

Laboratoriyada müşahidə aparan körpə inkişafı üzrə mütəxəssis Natasha Kirkham söyləyir ki, nevrologiya texnologiyasındakı inkişaf sayəsində körpələrin nə fikirləşdiyini başa düşməyimizi təmin edəcək bir çox araşdırma aparmaq bu gün mümkündür.

Beynin qulağın düz arxasında olan və üst temporal yiv adı verilən hissəsinin sosial münasibətlərlə əlaqəli olduğu məlumdur.

Aktivlik fərqliliyinin autizm ilə əlaqəli ola biləcəyi hesab edilir. Lakin bu tezisin canlı körpələr üzərində sınaqdan keçirilməsi lazımdır.

Körpələr müşahidə edərək öyrənirlər

Körpə laboratoriyalarında MRT (Maqnit Rezonans Tomoqrafiya), göz izləməsi, beyindəki elektrik aktivliyini ölçən EEG (Elektroensefaloqrafiya və ya EEQ — baş beynin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə üsulu), nəbz monitorları kimi bir çox cihazdan gələn məlumatlar toplanır.

Buradan yola çıxaraq, körpələrin tipik inkişaf modelinin yaradılması və bəzi körpələrin bu modeldən fərqli inkişaf etməsinin səbəblərinin müəyyən edilməsi məqsədi qoyulur.

Bunun üçün beyinlə yanaşı ətraf mühit şərtlərinin də araşdırılması lazımdır. Məsələn, Kirkham nizamsız mühitlərdə körpələrin hansı məlumatların əhəmiyyətli olduğunu, necə qavradıqlarını başa düşməyə çalışır. Körpələr ətrafı müşahidə edərək öyrənir.

Bu müşahidələrdən yola çıxaraq, o, məlum nəticələrə gətirib çıxaracaq modellər yaradır və daha sonrakı inkişafı təxmin edir. Lakin olduqları mühitin qarışıqlığı və ətrafdakı insanların gözlənilməz davranışları işi çətinləşdirir.

"Nə baş verəcəyini bilməmək qorxudur"

"Bir körpənin həyatında ən pis şey digər insanların reaksiyalarını təxmin edə bilməməkdir. Bu, ona böyük zərər verir. Nə baş verəcəyini bilməmək dəhşətdir", - Kirkham belə fikirləşir.

Yaxın infraqırmızı spektroskopiya üsulu ilə beyində dövr edən qandakı oksigen səviyyəsi müəyyən edilə bilər. Oksigen baxımından zəngin olan qan beynin aktiv sahələrinə axdığı üçün beyin aktivliyini görmək mümkün olur.

Bu araşdırmalar autizm riski olan 4-6 aylıq körpələrin sosial xəbərdarlıqlara verdiyi reaksiyanın aşağı risk qrupundakı körpələrdən çox zəif olduğunu göstərir. Bu məlumatlar körpələrdə daha əvvəl araşdırılmamışdı.

Körpələrdə bu cür nevroloji fərqliliklərin erkən aşkarlanmasına imkan verən texnologiya sayəsində erkən yardım və müdaxilə də mümkün ola biləcək.

Kasıb ölkələrə şərait

Körpələrin başına qoyulan bu xüsusi papaq MRT cihazından çox kiçikdir və bu, kasıb ölkələrdəki körpələr üzərində araşdırma aparmağı da asanlaşdıracaq.

Qambiyada həyata keçirilən ortaq bir layihədə qeyri-kafi qidalanmanın beyin inkişafı üzərindəki təsirləri araşdırılır.

Araşdırmalar genişləndirilir

Böyük Britaniyada gələcəkdə xüsusi üsulla aparılan bu araşdırmaların təzə yeriməyə başlayan uşaqlara tətbiq edilməsi hədəfə alınıb.

Bu araşdırmalar əhəmiyyətli inkişaf dövrü barədə daha ətraflı məlumat əldə etməyə şərait yaradacaq.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR