Slimfit
  1. DÜNYA

Hamilə qadın müsəlman olduğu üçün xəstəxanaya qəbul edilmədi, körpəsi öldü

Hamilə qadın müsəlman olduğu üçün xəstəxanaya qəbul edilmədi, körpəsi öldü
Sakura

Hamilə qadın müsəlman olduğu üçün xəstəxanaya qəbul edilmədi, körpəsi öldü

Hindistanın Racəstan əyalətində təcili tibbi yardım maşını ilə gətirilən hamilə qadını dövlət xəstəxanasına qəbul etməyiblər.

“HaberGlobal” məlumat verir ki, bu addım qadının müsəlman olması müəyyənləşdikdən sonra atılıb. 

Əlacsızlıqdan təcili tibbi yardım maşınında baş verən doğuş zamanı körpə ölüb.

 

Qadının əri İrfan Xan “buradakı həkimlər müsəlman olduğumuz üçün Caypura getməyimizi məsləhət gördülər”, - deyə bildirib.

O, xəstəxana rəhbərliyinin körpənin ölümünə görə məsuliyyət daşıdığını vurğulayıb.

Xəstəxanadan bildirilib ki, qadın ağır vəziyyətdə olduğu üçün Caypura göndərilib, amma buna baxmayaraq, səhlənkarlıq araşdırılacaq.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR