Dərc edildi: Baxış sayı: 562
Halı pisləşən idmançı digər atletin köməyilə yarışı başa vurdu
Qvineya-Bisaunu təmsil edən atlet Braima Sunkar Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatının 5000 metr məsafəyə qaçışın təsnifat yarışında Brayma Sunkar Dabo Arubanın nümayəndəsi Conatan Basbiyə finişə çatmağa kömək edib.
TASS xəbər verir ki, kişilər arasında keçirilən qaçış yarışında Arubadan olan idmançı havanın çox isti olduğu üçün özünü pis hiss edib və məsafəni qət etməkdə çətinlik çəkib.
Bunu görən Qvineya-Bisau təmsilçisi sonuncu dövrənin əvvəlində onun qolundan tutaraq azarkeşlərin alqışları altında yarışı başa vurmağa kömək edib.
Buna baxmayaraq Basbinin qaçış zamanı göstərdiyi vaxt hesaba alınmayıb.
Qeyd edək ki, hər iki idmançı turnirdə ölkələrinin yeganə nümayəndələridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət