Slimfit
  1. CƏMİYYƏT

Hakim olmaq istəyən 64 nəfər test mərhələsində uğur qazanıb

Hakim olmaq istəyən 64 nəfər test mərhələsində uğur qazanıb
Sakura

Hakim olmaq istəyən 64 nəfər test mərhələsində uğur qazanıb

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Ens.az xəbər verirki,bu barədə "Report"a Şuradan məlumat verilib.

Qeyd edilib ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən məhkəmə islahatının dərinləşdirilməsi haqqında ötən il imzalanmış Fərmanla hakim ştatları sayının 200 vahid - üçdə bir qədər artırılmasının məhkəmə sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Yeni ayrılan ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi, habelə seçim zamanı çevikliyin təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib və seçim prosesi davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırması və nəticələrin dərhal elan edilməsi təsbit olunub.

Bu qaydalarla ötən ildən başlanan müsabiqələr nəticəsində 43 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən yarım illik tədris kursunu, habelə məhkəmələrdə stajkeçməni uğurla başa vurub və Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim ediliblər.

Şuranın bu günlərdə keçirilən iclaslarında Qaydalara uyğun olaraq həmin namizədlərin hər biri ilə fərdi söhbətlər keçirilib, onların ixtisaslaşmaları aparılaraq birinci instansiya məhkəmələrinə hakim vəzifəsinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

İclasda Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələrin xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davam etdirilməsi təqdir olunub.

Qeyd olunub ki, bu müsabiqələrdə həmçinin 64 nəfər test üsulu ilə və yazılı imtahanları uğurla başa vurub və həmin namizədlərlə yaxın günlərdə şifahi imtahanlar keçiriləcəkdir. Hakim olmaq üçün sənədlərini təqdim etmiş növbəti 250 nəfər namizədlə test imtahanının təşkili üçün Dövlət İmtahan Mərkəzi ilə birgə tədbirlər görülür. Sənədlərin sadələşdirilmiş formada – elektron qəbulu isə hazırda davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR