Dərc edildi: Baxış sayı: 991
Hakerdən məsləhət: şəxsi informasiyanı qorumaq istəyirsinizsə...
Haker notbukdakı kameranın üzərini bağlamaq məsləhətinə münasibət bildirib.
Oxu.Az-ın Ura.ru-ya istinadən verdiyi xəbərə görə, informasiya təhlükəsizliyi üzrə kemiş haker Aleksandr Varskoy deyib: "Rusiya Keyfiyyət Sisteminin notbuk kamerasının üzərini bağlamaq təklifi səmərəlidir. Lakin "rəqəmsal gigiyenanın" daha yaxşı üsulları var".
Ekspert maraqlı bir müqayisə də aparıb. O bildirib ki, kameranın üzərini bu cür bağlamaq səmərəlidir. Amma bu, bankomatı ekskavatorla qarət etməyi xatırladır. Başqa sözlə desək, bu, əhəmiyyətli olsa da, çox naqolay üsuldur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət