Dərc edildi: Baxış sayı: 499
Haftarın Əsədlə birləşməsinə cavab: Hücum başlayır!
Xəlifə Haftar ordusuna qarşı bir neçə gündən sonra hücuma keçəcəyik.
Axar.az xəbər verir ki, bunu Liviya Milli Razılıq Hökumətinin Daxili İşlər naziri Fəthi Başağa deyib.
“Hökumət paytaxtın hər gün bombardman edilməsini istəmir. Haftarın ordusunu Tripolidən uzaqlaşdıracağıq. Hökumətə bağlı qüvvələr atəşkəsin əldə edilməsinə ümidi qalmadığı üçün bir neçə gün ərzində hücuma keçəcək. Beynəlxalq təşkilatlar müdaxilə etməsə, Liviya böyük humanitar böhranla üz-üzə qalacaq”, - nazir bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Xəlifa Haftarın nümayəndələri Suriyaya gələrək, Türkiyəyə qarşı birgə fəaliyyəti müzakirə etmişdilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət