Slimfit
  1. GÜNDƏM

“Hadı Rəcəblinin həyat yoldaşı, bacıları, qızları hacı xanımdır”

“Hadı Rəcəblinin həyat yoldaşı, bacıları, qızları hacı xanımdır”
Sakura

“Hadı Rəcəblinin həyat yoldaşı, bacıları, qızları hacı xanımdır”

“Bəzi mətbuat orqanlarında sabiq deputat Hadı Rəcəblinin avqustun 19-da nəvəsinə toy mərasimi təşkil etməsi barədə məlumatlar yayılıb. İddia edilir ki, toy mərasimində 150 nəfər iştirak edib. Bu məlumatlar həqiqəti əks etdirmir”.

Ens.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu barədə Pravda.az-a H.Rəcəblinin ailəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 19-da “ASAN Xidmət” mərkəzində Hadı Rəcəblinin nəvəsi Məhin Rəcəblinin nikah mərasimi olub: “Mərasimdə neçə nəfərin iştirak etdiyini də xidmət mərkəzindən dəqiqləşdirə bilərsiniz. Gənclər daha sonra bunu öz dostları ilə dəniz kənarında - “Sea Breeze” restoranında qeyd ediblər. Mərasimdə cəmi 9 nəfər iştirak edib. Yazırlar ki, 150 nəfər iştirak edib. Bu, yalandır. Orada nə Hadı Rəcəbli, nə də ailə üzvləri iştirak edib. Xalq artisti Emin Ağalarov da orada olub. O, həm də restoranın sahibidir. Ağalarov özü də açıqlama verərək yazılanların yalan olduğunu bildirdi. 

Hadı Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı idi. Məsələhət oldu ki, evliliklərini bu cür rəsmiləşdirsinlər. Bu toy deyil axı… 

Hər şey qaydaya uyğun olub. Böyük restorandır, orada 150 nəfər də ola bilərdi, bu, o demək deyil ki, hamısı bu gənclərə görə gəlib. Hansısa yazını yazmazdan öncə dəqiqləşdirmək lazımdır. Hətta yazmışdılar ki, Hadı Rəcəblinin oğlunun toyudur. Bu, necə ola bilər? Onun oğlanlarının birinin 20, o birinin isə 10 il əvvəl olub toyu… Bu qədər qərəzlilik olmaz. 

Hadı Rəcəblinin həyat yoldaşı, bacıları, qızları hacı xanımdır. Deyirlər ki, Hadı Rəcəbli Məhərrəm ayında nəvəsinə toy edib. Gənclər bunu avqustun 19-da ediblər, 21-də deyil…”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR