Slimfit
  1. CƏMİYYƏT

Hadı Rəcəbli deputat olmayacaq

Hadı Rəcəbli deputat olmayacaq
Sakura

Hadı Rəcəbli deputat olmayacaq

2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) qatılacaq namizədlərin siyahısının açıqlanacağı gözlənilir.
 
AZXEBER.COM xəbər verir ki, YAP-ın siyahısında gənclərin və ictimai-siyasi həyatda nüfuzlu şəxslərin olacağı istisna edilmir.
 
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, sosial şəbəkələrdə ən çox müzakirə olunan şəxslərdən olan Hadı Rəcəbli yenidən namizəd olmayacaq. Bu haqda demokrat.az saytı yazıb.
 
İctimai rəyi nəzərə alan hakim partiya məhz bu səbəbdən qarşıdan gələn seçkilərdə fikirlərinə görə tənqidə məruz qalan şəxsləri namizəd kimi göstərməyəcək.
 
Qeyd edək ki, Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədridir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR