Dərc edildi: Baxış sayı: 957
Hacıqabulda yağıntılar nəticəsində 300-dən çox evi su basıb
Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.
Ens.Az-ın məlumatına əsasən,bu barədə "Report"un Aran bürosuna Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov məlumat verib.
Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.
Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat və Nəvahi kəndləri ciddi zərər çəkib.
Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-in Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət