Slimfit
  1. AZƏRBAYCAN

Hacıqabulda tərəvəz sahələrindən 3000 tondan çox məhsul yığılıb

Hacıqabulda tərəvəz sahələrindən 3000 tondan çox məhsul yığılıb
Sakura

Hacıqabulda tərəvəz sahələrindən 3000 tondan çox məhsul yığılıb

Kənd təsərrüfatı rayonu olan Hacıqabulda dənli bikilərlə yanaşı bostan, tərəvəz və meyvə istehsalına da xüsusi diqqət yetirilir, sahələr ilbəil genişləndirilir, yeni meyvə bağları salınır. İndi rayonda onlarla məhsul istehsalçısı təsərrüfatın bu sahələri ilə məşğul olur və yaxşı mənfəət əldə edirlər.

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında rayonda 830 hektar bostan, 413 hektar tərəvəz bitkiləri əkilib və sahələrdə bol məhsul yetişdirilib. Torpaq mülkiyyətçiləri tərəvəz sahələrindən indiyədək 3060 ton tərəvəz toplayıblar. Əkinçilər ən yüksək nəticəni pomidor sahələrindən əldə ediblər. Onlar əkdikləri 118 hektar pomidor sahəsindən 1248 ton məhsul götürüblər ki, bu da ötən ildəkindən 22 ton çoxdur. Bağbanlar isə meyvə bağlarından 190 ton meyvə yığıblar.

Rayon tərəvəz və meyvə yığımı davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR