Dərc edildi: Baxış sayı: 663
Hacıqabul Sənaye Məhəlləsində yeni rezidentlər fəaliyyətə başlaya bilər
İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində yeni rezidentlərin qeydiyyata alınması gözlənilir.
Bu barədə “Report”a açıqlamasında nazir müavini Niyazi Səfərov məlumat verib.
Onun sözlərinə görə, bunlar qablaşdırma materialları və orqanik gübrə istehsal edən Türkiyə şirkətləridir.
"Həmin şirkətlər hazırda Azərbaycanda fəaliyyət göstərirlər, sənaye məhəlləsində əlverişli şəraitin olduğunu, dövlətin bura dəstək verdiyini nəzərə alaraq qərar gəliblər ki, yeni istehsalat sahələri yaratsınlar", - deyə nazir müavini qeyd edib.
Xatırladaq ki, indiyə qədər Azərbaycanın sənaye zonalarına 3,4 milyard ABŞ dolları investisiya qoyulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət