Dərc edildi: Baxış sayı: 403
Hacıbala Abutalıbova yeni vəzifə verilib
Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısında dəyişiklik edib.
“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədovimzalayıb.
Dəyişikliyə əsasən, baş nazirin keçmiş müavini Abid Şərifov Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədrliyindən çıxarılıb. Həmin vəzifəyə baş nazirin müavini Hacıbala Abutalıbov təyin olunub.
Bundan başqa, təhsil nazirinin müavini Firudin Qurbanov komissiya üzvlüyündən azad olunub. Təhsil naziri Ceyhun Bayramov isə komissiya üzvlərinin siyahısına daxil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət