Slimfit
  1. MƏDƏNİYYƏT

Hacı Zeynalabdin Tağıyevin heykəli belə hazırlanır

Hacı Zeynalabdin Tağıyevin heykəli belə hazırlanır
Sakura

Hacı Zeynalabdin Tağıyevin heykəli belə hazırlanır

Xəbər verdiyimiz kimi, məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısında heykəli qoyulacaq. Heykəlin hazırlanması ilə bağlı layihənin qalibi Xalq rəssamı Xanlar Əhmədovdur. “Qafqazinfo” olaraq rəssamın emalatxanasına baş çəkib heykəlin hazırlanması prosesinin nə yerdə olması ilə maraqlandıq.

X. Əhmədov bizimlə söhbətində bildirdi ki, müsabiqənin yekunlarından sonra Heydər Əliyev Fondunda  görüş keçirilib: “Heykəl üzərindəki işlər istiqamətində müzakirələr oldu. Heykəl hazırlanması prosesi belədir ki, əvvəlcə eskiz işlənilir. Bundan sonra 1 metrlik model hazırlanır. Hazırda modeldə son tamamlama işləri gedir.

Bu heykəldə Tağıyevin medalları, ordenləri həqiqi mənada öz ölçülərində yerini tapacaq. Bunun üçün mən Tarix Muzeyinə müraciət etdim. Muzeydə mənə çox nəfis bir kitab bağışladılar. Onun bütün medal və ordenlərinin ölçülərini, mənalarını, geyimini xırdalığına qədər öyrəndim”. 

X. Əhmədov gördüyü işin böyük zəhmətlə ərsəyə gəldiyini vurğulayıb: “Üzdən baxanda çox sadə görünür. Ancaq gərgin iş hesabına başa gəlir. Konkret iş qrafikim yoxdur. Elə olur ki, gecə saat  3-ə qədər də işləyirəm. Səhər saat 5-dən də durub bu işlə məşğul ola bilirəm”. 

H.Z.Tağıyevin heykəlinin rəssamın yaradıcılığında kulminasiya nöqtəsi ola biləcəyi ilə bağlı məsələyə gəlincə isə o bildirib ki, bu heykələ münasibət tamam başqadır: “Uzun müddətdir xeyriyyəçi, mesenat Tağıyevə heykəl qoyulması barədə söhbətlər gedib.  Sağ olsun, Prezidentimiz təklifi o saat qəbul etdi. Üstündən 1-2 ay keçməmiş müsabiqə elan etdi. Müsabiqədə 26 əsərlə heykəltəraşlar çıxış etmişdilər. Bu böyük maraqdan irəli gəlirdi. Mən bir heykəltəraş kimi tam dəqiqliklə deyə bilərəm ki, iştirakçıların hamısı müsabiqəni udmaq fikrində idilər. Qismət belə gətirdi ki, layihəni mən uddum. Bu çox böyük, mənalı bir işdir. Bu əsər əsrlərlə qalacaq”.




 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR